Rusiyada miqrantların əmək fəaliyyəti ilə bağlı yeni qaydalar

7 Yanvar 2024 23:44 (UTC+04:00)

Rusiya Federasiyasında miqrantların əmək fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib.

SİA-nın əldə etdiyi məlumata görə, yanvarın 7-dən Rusiyada işləmək üçün patent alan əcnəbilər iki ay ərzində əmək fəaliyyəti barədə DİN-in ərazi bölməsinə məlumat verməlidirlər. Eyni zamanda, onlar əmək müqaviləsinin və ya mülki-hüquqi müqavilənin surətini də təqdim etməlidirlər. Əmək fəaliyyəti haqqında məlumat verilmədiyi təqdirdə əcnəbinin patenti ləğv olunur.

Qeyd edək ki, indiyədək əcnəbilər patent alandan sonra əmək fəaliyyətinə başlamaları barədə məlumatı istənilən vaxt təqdim edə və patentin məbləğini ödəyərək Rusiya ərazisində qala bilirdilər.