...2019-cu ilin payızında artıq çəkiyə görə “Aeroflot” aviaşirkətinin təyyarəsinə buraxılmaması ilə məşhurlaşan vladivostoklu Viktor pişik ölüb.
Onun sahibi Mixail Qalin ev heyvanının öldüyünü bildirib.
...Ömrünü “ləyaqətlə yaşayan” və bu dünya üçün bir çox insanlardan “daha çox işlər görən pişik”. Göy qurşağının üstündən qaç, pişik Viktor.
Bunu pişik sahibi Qalin yazıb.
SİA-nın əldə etdiyi məlumata görə, TASS-a açıqlama verən Qalin bildirib ki, baytarlar səkkiz yaşlı Viktorun ölümünün dəqiq səbəbini müəyyən edə bilməyiblər. Sahibi heyvanın böyrək çatışmazlığı olduğunu iddia edir, lakin o, pişiyin “bununla bağlı” heç bir əlamətinin olmadığını deyib.
Nazlı