Xuraman Şuşalının qızı alnından xəsarət alıb

6 Yanvar 2024 07:54 (UTC+04:00)

Müğənni Xuraman Şuşalı sosial şəbəkədə yeni video paylaşıb. SİA xəbər verir ki, sənətçi qızı Məryəmin alnından xəsarət aldığını bildirib: "Özümə hər dəfə deyirəm ki, uşağı paylaşmayacağam, heç nə bölüşməyəcəyəm. Paylaşan kimi, evdə bir şey baş verir. Məryəm çox tez nəzərə gəlir".