ÜST rəhbəri maskalardan istifadəni və COVID-ə qarşı peyvənd olunmağı tövsiyə edib

6 Yanvar 2024 02:50 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bir çox ölkələrdə xəstələnmə hallarının artması səbəbindən qoruyucu maskalardan, COVID-19-a və qripə qarşı peyvənddən imtina etməməyi tövsiyə edir. SİA TASS-a istinadla xəbər verir ki, bu barədə Qebreyesus “X” sosial şəbəkə hesabında yazıb.

“İnfeksiya riskini azaltmaq üçün maskalardan istifadəyə davam edin, otaqları havalandırın, sosial məsafəni qoruyun. Həmçinin sizin və yaxınlarınızın COVID-19-a və qripə qarşı peyvənd edildiyindən əmin olun”, - deyə ÜST-nin baş direktoru qeyd edib.

Təşkilat rəhbərinin sözlərinə görə, həftələrdir ki, bir çox ölkələrdə COVID-19 və digər patogenlərin səbəb olduğu tənəffüs yollarında yoluxucu xəstəliklərin sayında artım müşahidə edilib. ÜST bu tendensiyanın bir müddət davam edəcəyinə bildirib.