Aygün Kazımova bir həftədə rekorda imza atdı

5 Yanvar 2024 07:14 (UTC+04:00)

Xalq artisti Aygün Kazımovanın bir həftə əvvəl təqdim etdiyi "Bilmək olmaz" klipi qısa müddətdə yüksək izlənmə sayı toplayıb. SİA xəbər verir ki, bu haqda Xalq artisti özü sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə ekran işi 1 həftə ərzində yutubda 1 milyondan çox izlənib. "Bilmək olmaz" "youtube" də trenddə ikinci sırada yer alıb. Mahnıya TikTok-da xüsusi maraq yaranıb, saysız videolar çəkilib.