"Bədənim ağrılara tab gətirmir" - Səmra Hüseynova

5 Yanvar 2024 04:40 (UTC+04:00)

"Miss Azerbaijan-2019” model yarışmasının qalibi Səmra Hüseynova dəhşətli ağrılardan əziyyət çəkir. SİA xəbər verir ki, bu barədə model sosial şəbəkə hesabında paylaşım edib.

“Mən sağalmaq istəyirəm, keyidilmək deyil” , - deyə imdad diləyən Səmra onu sevənləri kədərləndirib: “Artıq məcbur qaldım çünki çarə tapılmır. 10 ildən çoxdur bədən ağrılarım var. Oynaqlarım göynəyir. Ancaq antidepresantlar içirəm keyidilirəm. Amma sağalmıram. Bədənim ağrılara tab gətirmir”.