Selena Qomez musiqi karyerasını bitirmək istəyir

4 Yanvar 2024 20:57 (UTC+04:00)

Disney Channel-ın keçmiş ulduzu Selena Qomez daha bir albom buraxmağı və sonra musiqidən tamamilə uzaqlaşaraq yalnız aktyorluq karyerasını planlaşdırdığını söyləyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 31 yaşlı Qomez “...yoruldum, nəhayət dincəlmək istəyirəm” deyib.

Onun sözlərinə görə, o, həmişə aktrisa olmaq istəyib. ...Mən heç vaxt tam zamanlı müğənni olmaq niyyətində deyildim, ancaq bu hobbim başqa bir şeyə çevrildi, deyən Qomez, mahnı yazmağı xoşladığını da gizlətməyib.

Nazlı