Yeni illə bağlı məkanlardan birində çıxış edən müğənni Emrah səhnədə kövrəlib. SİA xəbər verir ki, uzun illərdir ailə həyatında xoşbəxt olmayan sənətçi son zamanlar da oğlu Tayfunla problemlər yaşayıb.
Bütün bunları yadına salan sənətçi birdən-birə duyğusal anlar yaşamağa başlayıb. "Yaxşı ki, onlar mənim uşaqlarımdır. Mən də yaxşı ki onların atasıyam. Dünya bir yama uşaqlarım bir yanadır. Bu xoşbəxtlik heç nə ilə ölüçülə bilməz” - deyərək Emrah göz yaşlarını saxlaya bilməyib. Daha sonra sənətçi səhnədə "Unutabilsem”, "İhtiyacı Var”, "Belalım Benim”, "Götür Beni Gittiğin Yere” adlı ifaları ilə sevənlərini feyziyab edib.