Aygün Kazımovanın Murad Ariflə bağlı açıqlaması diqqət çəkib

4 Yanvar 2024 03:42 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova ARB televiziyasında "Söhbət var" verilişində qonaq olan zaman açıqlaması ilə diqqət çəkib. SİA xəbər verir ki, sənətçi müğənni Murad Arifə qoyduğu qadağadan danışıb. O bildirib ki, Muradın verilişində qonaq olub, amma sonra verilişi bəyənmədiyi üçün yayımlanmasına icazə verməyib.

Murad Arif isə verilişdə bəzi problemlərin yarandığını və Kazımovanın narazılığı səbəbindən efirə getmədiyini bildirib.