Kenan Doğulu boşanma xəbərinə münasibət bildirib

4 Yanvar 2024 01:47 (UTC+04:00)

Türkiyəli müğənni Kenan Doğulu aktrisa həyat yoldaşı Beren Saatla bağlı boşanma xəbərinə münasibət bildirib. SİA xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb. Bildirilib ki, sənətçi jurnalistlərin məsələ ilə bağlı suallarına " Çıxan xəbərlərə çox güldük. Gizlincə boşanıblar yazmışdılar. Boşanmışıqmı deyə öz-özümüzə təəccübləndik. Elə bir şey olsa deməzdik?" cavabını verib.

Qeyd edək ki, aktrisa Yeni ili həyat yoldaşı ilə birgə Kiprdə qarşılayıb.