Azərbaycanlı model Yeni ili Kolumbiyada qarşılayıb - FOTOLAR

4 Yanvar 2024 02:50 (UTC+04:00)

Türkiyədə yaşayan model Günay Musayeva Yeni ili Kolumbiyada qarşılayıb. SİA xəbər verir ki, model istirahət üçün Antiokiyanı seçib.

O, şəxsi “Instagram” səhifəsində fotolarını paylaşaraq “Yeni ili burada özəl insanlarla qarşılamaq xoş oldu” sözlərini yazıb.