Müğənninin anası yanğında vəfat etdi

3 Yanvar 2024 07:14 (UTC+04:00)

Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən 1959-cu il təvəllüdlü Sevinc Tağıyeva vəfat edib. SİA xəbər verir ki, xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, yanğın nəticəsində ölən Sevinc Tağıyeva müğənni Ziba Osmanlının anasıdır.