"Çin, əlbəttə, yenidən birləşəcəkdir"

1 Yanvar 2024 17:47 (UTC+04:00)

Çin prezidenti Şi Cinping Yeni il çıxışında Tayvana yönəlmiş "Çin, əlbəttə, yenidən birləşəcək" mesajını verdi. Onun çıxışında sabitlik və inkişaf mövzusu ön planda yer alıb.

Çin iqtisadiyyatının Covid-19 tədbirlərindən sonra 2023-cü ildə özünə gəldiyini ifadə edən Şi bunun davam etdirilməsi üçün islahatlar və xariclə əlaqələrin dərinləşəcəyini bildirdi.

Çin prezidentinin sözlərinə görə: "Modernləşən sənaye sistemimiz zamanla daha sürətli ayaqlaşır. İnkişaf etmiş texnologiyaya söykənən, ağıllı və yaşıl sənaye qolları iqtisadiyyatın sütunları kimi oldu. Çin inkişafı bütün enerjisi ilə irəliləyir".

O, 2023-cü ili geridə buraxarkən dünyanın bir çox ölkələrində müharibələrin olduğuna diqqət çəkib: "Çin xalqı sülhün dəyərinin fərqindədir. İnsanların ortaq gələcəyi üçün bunu paylaşan cəmiyyət yaratmaq və dünyanı daha yaxşı yer halına gətirmək üçün birlikdə çalışmağa hazırıq" dedi. Şi sülh üçün dünyaya əl uzadaraq böyük ölkə məsuliyyətini yerinə yetirəcəyinə işarə edib.

Çin lideri Yeni il mesajında Tayvan boğazının hər iki hissəsində çinlilərin bu ortaq hədəfə bağlı olmasını, Çin ulusunun dirilişini paylaşmalarının vacibliyini qeyd edib.