Amerika Birləşmiş Ştatlarının Siyahıyaalma Bürosunun dərc etdiyi məlumatlara görə, dünya əhalisi son bir ildə 75 milyon nəfər artıb və Yeni il günü bu, 8 milyard nəfərdən çox olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Amerikanın Səsi” yazır.
Büronun məlumatına görə, 2024-cü ilin əvvəlində dünyada hər saniyədə 4,3 doğuş və iki ölüm hadisəsi baş verəcəyi gözlənilir.
2011-ci ildə dünya əhalisi yeddi milyard həddinə çatıb. Bu arada Belarus saytlarının yazdığına görə, ölkədə doğum səviyyəsi son illərdə hər il 10 faiz azalmağa başlayıb.
“Belstat” 2020-ci ildə koronavirus pandemiyasından sonra Belarusda dəqiq neçə uşağın doğulduğu barədə məlumat dərc etməyi dayandırıb.
Nazlı