Yaşayış üçün əlverişli planetləri müəyyən etmək olacaq...

30 Dekabr 2023 22:54 (UTC+04:00)

Alimlər yaşayış üçün əlverişli planetləri kəşf etmək üçün yeni üsul tapıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Nature” xəbər verir.

Qeyd olunur ki, Birmingem Universiteti və Massaçusets Texnologiya İnstitutunun əməkdaşları birlikdə yaşamaq üçün əlverişli planetləri müəyyən etməyə imkan verən yeni üsul hazırlayıblar. Bu, onların atmosferindəki CO2 (karbon qazı) səviyyəsinin ölçülməsinə əsaslanır.

Tədqiqatın müəllifləri planetdə həqiqətən maye suyun olub olmadığını müəyyən etmək üçün istifadə edilə bilən yeni "yaşayış əlaməti" tapdılar.

Əvvəllər potensial “yaşayış qabiliyyəti” ulduz işığının onun səthindən əks olunması ilə müəyyən edilirdi. Belə ki, indi atmosferdə CO2-nin səviyyəsini ölçməklə okeanları olan planetləri aşkar etmək mümkündür ki, bu da onlarda həyatın mövcudluğunu göstərə bilər.

Astronomların fikrincə, namizədlərin atmosferindəki karbon qazının miqdarını qonşuları ilə müqayisə etmək lazımdır. Bu komponentin səviyyəsinin azalması atmosferdən gələn qazın okeanda həll edildiyini və ya planet miqyasında biokütlə tərəfindən udulduğunu göstərir.

Nazlı