Yevlaxda avtomobil su kanalına düşüb - ölən var

30 Dekabr 2023 03:20 (UTC+04:00)

Yevlax rayonunda avtomobil su kanalına düşüb, bir nəfər dünyasını dəyişib. SİA-nın Qərb bürosunun məlumatına görə, "Niva" markalı avtomobilin idarəetmədən çıxaraq su kanalına düşməsi nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Yusubov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.