Kuzbassdan olan ictimai fəallar estrada müğənnisi Filipp Kirkorovun bloqqer Anastasiya İvleyevanın çılpaq gecəsində iştirakından sonra onun “İman və Xeyirxahlığa görə” medalından məhrum edilməsini tələb ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Paraqraf” verib.
...Biz onun bu “İnam və xeyirxahlığa görə” medalını saxlamasının qəti əleyhinəyik. Onu bütün mükafatlardan məhrum etməli və Rusiyadan qovmaq lazımdır.
...Kemerovo şəhər veteranları təşkilatı qeyd edib ki, onlar əvvəllər sənətkara hörmət edirdilər, indi isə onlar üçün heç nə yoxdur.
Qeyd olunur ki, müğənniyə mükafat 2014-cü ildə rayonun keçmiş qubernatoru Aman Tuleyev tərəfindən verilib.
...Bundan əvvəl Kirkorov televiziyadakı boykot fonunda yanvarın 1-də Moskvada Live Arenada "Qış ŞOU"nu elan edib.
Afişadakı məlumata görə, konsertdə Kirkorovdan başqa müğənnilər Lolita Milyavskaya və Lada Dance, eləcə də ifaçılar Dmitri Malikov və Dima Bilan iştirak edəcəklər.
Nazlı