Daim birlikdə verliş aparan türk aparıcıları Müge Dağıstanlı və Gülşən Yüksel son dəfə birlikdə verliş aparıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, iddialara görə Gülşən illərdir birlikdə işlədiyi rəfiqəsi Mügeni dolandırıb və onun həyat yoldaşı ilə xaricə getməyə hazırlaşıb.
Gülşən Yüksel "2-ci Səhifə" proqramına bu gün vəda edib. Gülşən son sözlərini milyonlara üz tutaraq belə ifadə edib: "2024-cü il hamımıza sağlamlıq və xoşbəxtlik gətirsin. Yeni başlanğıclarla ümid dolu olsun. 2024-cü ili səbirsizliklə gözləyək".
Lakin Müge “Aramızda Qalmasın“ verilişi ilə səhərlərə damğasını vurmağa davam edəcək. Aparıcı son dəfə hisslərini verlişdə bölüşüb: “Burda bir yerdə olmasaq da, onsuz da daim bir yerdəyik. Həmişə dostluğumuz ölənə qədər qalacaq. Əlvida...".
Sevilin Abbasova