2024-cü ildə Azərbaycanda real ÜDM 2,4 % artacaq - NAZİRLİK

29 Dekabr 2023 15:19 (UTC+04:00)

Gələn il Azərbaycanın ümumi daxili məhsulun (ÜDM) real artım tempi 2,4 % təşkil edərək 118,4 milyard manata çatacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə bildirilib.

Məlumata görə, qeyri-neft-qaz sektoru üzrə ÜDM 4,6 % artaraq 84,2 milyard manata yüksələcəyi proqnozlaşdırılır.