Hansı yeni il adət-ənənələrini bilirik? - FOTOLAR

29 Dekabr 2023 12:04 (UTC+04:00)

Qarşıdan gələn 2024-cü ili qarşılamağa hazırlaşarkən bir yandan da evimizi bəzədik, sevdiklərimizlə planlar hazırladıq, yeni il yemək menyularını seçdik. SİA məlumat verir ki, yeni ilə aid bir çox adət-ənənələri yerinə yetirsəkdə onların haradan, necə yarandığını bilmirik. Hətta bir çox ölkədə daha fərqli yeni ilə aid hansı adətlər olduğunu bilmirik. Yeni il adət-ənənələri ölkədən-ölkəyə dəyişsə də, dini inanclar fərqli olsa da məqsəd eynidir. Sizə göstərəcəyimiz siyahıda dünyanın dörd bir yanından olan mədəniyyəti və adət-ənənələri sizlərə təqdim edirik.

1. Danimarka
Danimarkalılar, işdətmədikləri boşqablarını 31 dekabrdan əvvəl küçə qapısının qabağına qoyurlar. Qapının qabağında nə qədər çox boşqab qırılarsa, yeni ilə bir o qədər şanslı girəcəklərini inanırlar.

2. Çin

Burada yaşayan insanlar yeni ildən əvvəl qapılarını qırmızı rəngə boyayırlar. Bunun onlara xoşbəxtlik və çoxlu şans gətirəcəyini düşünürlər.

3. İspaniya

İspanyada yeni il günü saat gecə 12 olduqda, 12 dənə üzüm yeyirlər. 12 dənə üzümün yeməklərinə səbəb, hər birinin yeni bir ayı təmsil etməsidir. Əlbəttə ki, bunu yaxşı şans olaraq anlayırlar.

4. Filippin
Əhali yeni ilə girdiyi zaman stolda yeməkləri yumuru şəkildə qoyurlar. Eyni zamanda bütün ilin bərəkətli keçməsi üçün xallı geyim geyinirlər. Bunun səbəbi pulun daha çox artmasını istəmələridir.

5. İtaliya

İtalyanlar sentyabr ayına girdiklərində bütün magaza vitrinlərində qırmızı rəngdə olan alt paltarlarını qoyurlar. Təzə alınmış qırmızı alt paltarlarının geyinmə səbəbləri, yeni ilin onlara sevgi və şans gətirəcəyinə inanmalarıdır.

6. Myanma

Buranın insanları yeni ilə girməyə hazırlaşanda bir-birlərinin üstünə su ataraq isladırlar. Hətta bu adət-ənənə bir festivala çevrilib. Bu adətin onların ruhlarını təmizlədiği olaraq deyilir.

7. İrlandiya

İrlandiyalı subay xanımlar, yeni ildə özlərinə həyat yoldaşı tapmaq üçün yastıqlarının altına “Öksə” bitkisi qoyurlar. Eyni zamanda çörəkləri divardan asmaları pis ruhları qovacağını düşünmələridir.

8. Kolumbiya

Xalq səyahət dolu il keçirmələri üçün yeni il günü əllərində boş çamadan ilə gəzirlər. Bununla onların il ərzində çoxlu uçuşlar fərqli ölkələr gəzəcəklərinə inanmalarıdır.

9. Çexiya

Çexiya ölkəsində insanlar yeni il vaxtı aldıqları bir almanı ortadan ikiyə kəsərək, almanın içindəki tumlara baxıb yeni ilin necə keçəcəyini təxmin etməyi cəhd edirlər. Bunu bir fal olaraq adətə çeviriblər.

Sevilin Abbasova