ABŞ-da yaşasalar da, amma hələ də Rusiyadan “yeyirlər”..?

28 Dekabr 2023 21:08 (UTC+04:00)

Müğənni Alla Puqaçovanın böyük nəvəsi Nikita Presnyakov bir ildən çoxdur Amerikada yaşayır.

Rus saytlarının yazdığına görə, səfərbərlik adını eşidən Nikita, həyat yoldaşı Alena Krasnovanı da yanına salaraq aradan çıxıb.

SİA-nın “7days.ru”dan əldə etdiyi xəbərə görə, Nikitanın xaricə qaçması kortəbii olub. Belə ki, Rusiyada o, musiqi qrupunu və ona gəlir gətirən digər layihələrini də tərk edib.

Amma, sən demə, bu belə deyilmiş.

Belə ki, Nikita Rusiyada qazandığı puldan əl çəkməyibmiş və elə buna görə də Moskvadakı biznesini bağlamayıbmış.

Qeyd edək ki, bu barədə o, TG kanalında danışıb.

Məlum olub ki, Puqaçevanın nəvəsi baş rolu aktyor Maksim Matveyevin oynadığı “Trigger” filminə musiqi yazıb. Eyni zamanda, oğlan film haqqında müsbət danışıb.

Onu da qeyd edək ki, Presnyakov filmə yazdığı musiqi ilə bağlı aldığı rüsumun məbləğini açıqlamayıb. Amma görünür, bu pul onun üçün çox faydalı olub. Əvvəllər Nikita sosial şəbəkələrdə şikayət edirdi ki, ABŞ-da həyat onun Moskvada yaşadığı zaman düşündüyü qədər gül-çiçəkli deyil.

Yeri gəlmişkən, Nikitanın həyat yoldaşı da Rusiyadan gələn gəlirlə yaşayır. Məlumdur ki, Alena Krasnovanın hələ də baş direktor vəzifəsini tutduğu paytaxtda öz biznesi var. Krasnovanın rəhbərlik etdiyi təşkilat açıq havada idman avadanlıqları quraşdırır və yaxşı dövriyyəyə malikdir. Məsələn, keçən il şirkətin gəliri 10 milyon rubldan çox olub.

Nazlı