Ən yaxşı həyat keyfiyyəti təklif edən 10 şəhər

28 Dekabr 2023 19:16 (UTC+04:00)

Sakinlərinə keyfiyyətli həyat təklif edən 10 şəhərin adı açıqlanıb. Siyahıda Qərbi Avropadan yeddi, Sakit okeandan iki və Şimali Amerikadan bir şəhər yer alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Mercer qlobal məsləhət şirkəti bu barədə araşdırma aparıb.

Araşdırma zamanı, həyat keyfiyyəti reytinqində siyasi sabitlik, səhiyyə, təhsil, infrastruktur və sosial-mədəni mühit kimi amillər nəzərə alınıb. Bundan başqa, xarici ölkələrdə işçilər və onların ailələri üçün gündəlik həyat təcrübələri də qiymətləndirilib. 5 qitədən 241 şəhər araşdırılıb. Onlardan 10-u seçilib. Həmin şəhərləri təqdim edirik:

Vyana, Avstriya

Sürix, İsveçrə

Auckland, Yeni Zelandiya

Kopenhagen, Danimarka

Cenevrə, İsveçrə

Frankfurt, Almaniya

Münhen, Almaniya

Vancouver, Kanada

Düsseldorf, Almaniya

Sidney, Avstraliya