Yeni İl süfrəsini necə dizayn edək? - ARAŞDIRMA

28 Dekabr 2023 12:55 (UTC+04:00)

Yeni il günü evdə ailəniz və sevdiklərinizlə maraqlı və ümid dolu süfrə qurmaq arzusundasınız? Dadlı Yeni il süfrəsini necə hazırlamaq olar? Yeni il süfrəsinin bəzəyi necə olmalıdır?

SİA mövzu ilə bağlı araşdırma edib.

Yeni il süfrəsini necə hazırlamaq olar?

Yeni il süfrələri həm gündəlik, həm də bütün digər qonaq masalarından bir az fərqlidir. Yeni il süfrəsi təkcə sevdiyiniz insanlarla xoş axşam keçirməyi deyil, həm də sevdiklərinizlə birlikdə ümidlə dolu yepyeni ilə addım atmağı simvollaşdırır.

İddialı bir rəng seçin

Yeni il süfrəsi qurmazdan əvvəl qərar verməli olduğunuz ilk şey istifadə edəcəyiniz rəng mövzusudur. Təbii ki, Yeni il süfrəsi dedikdə ağla ilk gələn rənglər qırmızı, yaşıl və qızılı tonlardır. Lakin Yeni il süfrəsinin bəzəyi artıq bu rənglərlə məhdudlaşmır. Yaratdığınız masanı ağ süfrə, ağ salfetlər və qızılı salfet üzükləri, qızılı boşqablar, qızılı bıçaqlar və bəyaz şam yeməyi dəsti ilə bəzəyərək nəcib ab-hava yarada bilərsiniz. Yeni il gecəsinin şənlik ruhunu süfrənizdə əks etdirmək üçün çəhrayı, yaşıl, sarı və mavinin neon tonlarından istifadə edərək süfrənizi rəngarəng edə bilərsiniz. Daha müasir və zərif bir görünüş üçün qara-ağ kontrast və gümüşün parıltısından faydalana, təbii görünməsi üçün isə masada bambuk, hörmə və rattan materiallardan istifadə edərək yeni ili bohem stillə qarşılaya bilərsiniz. Klassik və vaxtsız yeni il süfrəsini bəzəmək üçün təbii ki, qırmızı süfrə, yaşıl-qırmızı damalı nahar dəsti və qızılı süfrə aksesuarları mütləqdir.


Parıltıya heç vaxt laqeyd yanaşmayın

Stiliniz nə qədər sadə olsa da, Yeni il gecəsi parıldamaq deməkdir. Bu səbəbdən məqbul miqdarda parlaqlıq Yeni il süfrəsinin vazkeçilməz əşyaları arasında olmalıdır. Əgər siz parıldamaq istəmirsinizsə, şüşə qablar, bıçaq və ya salfet üzüklərinizə kiçik daş detallar və ya metal naxışlar əlavə edə bilərsiniz. Yeni il süfrənizin parlaq olmasını istəyirsinizsə, qızılı və zərli şamdanlar, qızılı kənar detallı kristal qədəhlər və masa boyunca yerləşdirə biləcəyiniz LED işıq axtardığınız parıltını təmin edə bilər.

Fokus nöqtəsi yaradın

Rəng mövzunuza və parıldama səviyyəsinə qərar verdikdən sonra Milad süfrənizin əsas nöqtəsini təyin etməyin vaxtı gəldi. Masanın mərkəzi mövqeyində yerləşəcək bu obyekt zövqünüzü və üslubunuzu əks etdirən istənilən element ola bilər: romantik ağ qızılgül buketi, parıldayan şamlar, mirvarilərlə bəzədilmiş bəzək əşyası və ya mini yolka...

Xüsusi toxunuşlar

Yeni il süfrənizin bəzəyinin unudulmaz olmasını istəyirsinizsə, qonaqlarınıza unudulmaz və orijinal elementlər təqdim etməlisiniz. Öz əlinizlə hazırladığınız salfet ornamenti, qeyri-adi rəng mövzusu və ya hər qonağın boşqabına yerləşdirə biləcəyiniz kiçik hədiyyə qutuları sizə ilham verəcək nümunə ola bilər. Bu xüsusi toxunuş sayəsində siz sevdiklərinizin həmişə xatırlayacağı Yeni il süfrəsi yaratmağa zəmanət verə bilərsiniz.

Klassiklərdən kənara çıxmayın

Müasir süfrə bəzək anlayışlarında bir çox müasir elementlər ön plana çıxsa da, yeni il süfrəsi hazırlayarkən bəzi klassik elementlərdən imtina edilməməlidir. Masanızın dizaynı nə qədər müasir olsa da, onun yeni il süfrəsi olduğunu göstərən bəzi armaturları qaçırmamaqda fayda var. Yemək süfrənizi şamlarla işıqlandırmaq üçün istifadə edə biləcəyiniz şamdan, bir neçə parıldayan masa ləvazimatları, şam ağacını xatırladacaq yaşıllıqlar Yeni il süfrənizdə mütləq olması lazım olan klassiklər arasındadır. Klassikləri və trendləri bir araya gətirməkdən qorxmayın. Düzgün və ölçülüb-biçilmiş masa bəzəyi yaratsanız, əldə edəcəyiniz nəticə hətta sizi də təəccübləndirəcək.

Yeni il süfrəsində nə olmalıdır?

Yeni il süfrəsini bəzəmək üçün təkliflər

Evdə yeni il süfrəsi hazırlayarkən bu 5 addımı izləməklə sistemli şəkildə qəşəng süfrə qurmaq olar. Ancaq Yeni il süfrənizi bəzəyərkən qarşılaşacağınız saysız-hesabsız variantlar arasından seçim etməkdə və son qərarı verməkdə çətinlik çəkə bilərsiniz. Bu səbəbdən də Yeni il süfrəsində mütləq yer almalı olanlar siyahısına nəzər salaraq sadə, zərif və ən əsası dadlı süfrə qura bilərsiniz:

Boşqablar
Çəngəl-bıçaq -qaşıq dəsti

İçki qabları: Su stəkanı, sərinləşdirici içki şüşəsi, spirtli içkilər üçün qədəh

Parça salfet və salfet halqası

Supla (Salfet üzüyü)

Süfrə

Şamdan və şamlar

Diqqət mərkəzi yaradacaq çiçək buket yaxud hər hansı dekorativ obyekt

Hər qonağın boşqabına qoyulacaq kiçik bir suvenir

Ayşən Vəli