Laçında “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi fəaliyyətə başlayıb

28 Dekabr 2023 12:45 (UTC+04:00)

Laçın şəhərində “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin açılış mərasimi keçirilib. Bu barədə SİA-ya Laçın Abadlıq Xidmətindən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər. Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanışlıq olublar.

Qeyd edək ki, bu gün Laçında həm də “İslimi” Xalçaçılıq Mərkəzi açılıb.