Kardaşyan makiyajsız halda belə görüntüləndi - FOTO

28 Dekabr 2023 07:09 (UTC+04:00)

Amerikalı televiziya ulduzu və iş qadını Kim Kardaşyan təbii görünüş nümayiş etdirib. SİA xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

43 yaşlı məşhur "TikTok" hesabında qızı North West ilə video paylaşıb və videonun əvvəlində stilistlər və vizajistlərin əhatəsində görünüb. Belə ki, o, makiyajsız üzünü yaxından göstərib. Bundan əlavə, yayılan görüntülərdə sahibkarın uzun saçlarını çıxartdığı görünür.

Portalın oxucuları Kardaşyanın görünüşünü yüksək qiymətləndirdilər, onlar haqqında materialın altında şərhlər yazdı: “O, makiyajsız daha gözəl görünür”, “Hər şey saxtadır. Burada real heç nə yoxdur”, “Kim, ciddi, sən daha az makiyaj və iynə ilə daha yaxşı görünürsən”, “Makiyajsız və filtrsiz olsa belə, o, yenə də ən gözəl qadındır”, “O, makiyajsız da gözəldir”.