Beynəlxalq Muğam Mərkəzinin 15 illik fəaliyyətinə həsr olunan tədbir keçirilib - FOTOLAR

27 Dekabr 2023 20:28 (UTC+04:00)

Bu gün Beynəlxalq Muğam Mərkəzinin 15 illik fəaliyyətinə həsr olunan tədbir keçirilib. SİA xəbər verir ki, tədbirin açılışında BMM-nin direktoru Sahib Paşazadə və yazıçı-dramaturq İlqar Fəhmi çıxış ediblər. Çıxışçılar Beynəlxalq Muğam Mərkəzinin 15 illik fəaliyyəti barədə məlumat veriblər.

Tədbirin əhəmiyyətini özündə əks etdirən qısa film nümayiş olunub.

Daha sonra səhnəyə “Xarıbülbül” ansamblı dəvət olunub.

Tədbir zamanı Xalq artisti Arif Babayevin videotəbriki təqdim olunub.

Gecə Xalq artistləri Gülyaz Məmmədova, Nəzakət Teymurova, Zabit Nəbizadə, Elçin Həşimov, Elnur Əhmədov, Alim Qasımov, Teyyub Aslanov, Əməkdar artist Aqil Məlikovun çıxışları ilə davam edib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin təməli 2005-ci ilin avqust ayında cənab Prezident İlham Əliyevin və Birinci vitse prezident Mehriban xanım Əliyevanın və həmin dövrdə YUNESKO-nun baş direktoru Koiçiro Matsuuranın iştirakı ilə qoyulub. Heydər Əliyev Fondunun möhtəşəm layihələri sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin binasının forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. 2008-ci ilin 27 dekabrında təntənəli açılış mərasimi keçirilən Mərkəzin fəaliyyətə başlaması muğam dünyası üçün bir bayrama çevrilərək əsl musiqi hadisəsi oldu.

Ləman Sərraf