"Bağırsağımın partladığı deyildi" - Müğənni ölümlə üz-üzə gəldi

27 Dekabr 2023 15:10 (UTC+04:00)

Əyləncəli şəxsiyyəti ilə tanınan Kobra Murad ləqəbli türk musiqiçi ölümlə üz-üzə qalıb. SİA xəbər verir ki, o, Belçikadan qayıdarkən təyyarədə pisləşib və xəstəxanaya yerləşdirilib. Bağırsaqları partlayan aktyor həyatı üçün təhlükə yarada biləcək əməliyyatdan əvvəl sevdiklərindən dua istəyib. Murada bağırsaq yırtığı diaqnozu qoyuluraq dərhal əməliyyat olub.

Xəstə yatağından çəkdirdiyi videonu "İnstaqram" hesabında yayımlayan Kobra Murad bu sözləri qeyd edib: "Burada olan hərşeyi sizə daim xəbər verəcəm. Bunu deyə bilərəm ki, təyyarədə qarnımda ani partlayış oldu. Təcili yardım maşını ilə birbaşa xəstəxanaya gətirildim. Dərhal analizlər aparıldı və təəssüf ki, bağırsağımın partladığı deyildi. İndi məni əməliyyata aparacaqlar, bu əməliyyat prosesinin 1 ay çəkəcəyi deyilir. Hər zaman oynadıq, güldük və gözəl günlər gördük və İnşallah dualarınızla bu belə davam edər. Həkim əməliyyatımın çox çətin olacağını bildirib, hətta ölüm riski olan bir əməliyyatdır”.

Sevilin Abbasova