“Ulu Öndərin həm mediaya, həm də xalqa açıq olması cəmiyyətə ümid bəxş etdi. Çünki bu cür müdrik şəxsiyyətin ölkə başçısı olmasından qürur duyur və gələcəyimizdən şübhə etmirdik”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, müasir dövrdə informasiya mübarizəsini aparmaq lazımdır: “Baxmayaraq ki, Azərbaycan qalib dövlətdir, yenə də informasiya müharibəsi davam etdirilir. Təəssüflər olsun ki, Azərbaycan gücləndikcə dövlətimizə qarşı olan təzyiqlər də artır. Bu istiqamətdə ölkə başçısının xarici KİV-lərə verdiyi müsahibələr xüsusi önəm kəsb edir”.