“Dövlətimizin zəfərə imza atması medianın fəaliyyətində dönüş yaratdı” - ƏHMƏD İSMAYILOV

27 Dekabr 2023 10:53 (UTC+04:00)

“Dövlətimizin yürütdüyü modernləşmə kursu, cəmiyyətin həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə, informasiyalı cəmiyyətə keçid dövlət və cəmiyyətin qarşısında yeni vəzifələr müəyyənləşdirir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

Ə.İsmayılov bildirib ki, Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı ölkə Prezidentinin siyasi kursunun və qazanılan nailiyyətlərin tərkib hissəsidir: “44 günlük Vətən müharibəsində ölkə başçısının rəhbərliyi ilə dövlətimizin möhtəşəm zəfərə imza atması bütün sahələrdə olduğu kimi medianın fəaliyyətində də dönüş yaratdı. Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin dünyanın nüfuzlu mətbuat orqanlarına verdiyi müsahibələr beynəlxalq auditoriyanın diqqətini cəlb etməklə, tarixin zəfərin qazanılmasında son dərəcə əhəmiyyətli olmuşdur”.