Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. SİA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.