24 yaşlı aktrisa Melisa Döngel arıq qala bilmək üçün hər gün 16 saat ac qalır. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə kino ulduzu özü danışıb. O, bildirib ki, səhər yeməyi yemir.
"Səhər yeməyindən imtina etmişəm, sadəcə günorta qidalanıram, axşam da heç bir şey yemirəm. Naharda istədiyim hər şeyi yeyirəm. Gündə 1000 dəfə iplə tullanmaq çox yaxşı bir məşqdir. Zərərli yeməklər yemirəm, sağlam qəlyanaltıların və kifayət qədər su içməyin ən vacib qidalanma vərdişlərimdən biri olduğunu deyə bilərəm", - Melisa bildirib.