Kardaşyanın dəbdəbəli villasında Milad şənliyi - FOTOLAR

27 Dekabr 2023 06:40 (UTC+04:00)

Qərb şou-biznesinin ulduz ailələrindən olan Kardaşyan-Cenner ənənəyə uyğun olaraq bir sıra məşhurların qatıldığı Milad şənliyi təşkil edib. SİA xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Tədbir Kim Kardaşyanın Kalabasasdakı dəbdəbəli malikanəsində təşkil olunub. Kaliforniyada hava həmişə isti olsa, qar yağmasa da, bu, Kardaşyanın mülkünün bütün ərazisini süni qarla örtməsinə mane olmayıb.

Tədbirdə daha bir məşhur şəxs, Kardaşyanın yaxın dostu Paris Hilton da olub.

Məclisə “Coca-Cola” şirkəti tərəfindən sponsorluq edilib və bu, Kardaşyanın bəzi izləyicilərini sevindirməyib.