Türklərdə gözəl bir deyim var: "Sanatçı" və "Şarkıcı". Bunların fərqi böyükdür. Sənətçinin məktəbi olur. Müğənni - "Şarkıcı" isə hamı ola bilər. Sadəcə sonu yoxdur. SİA xəbər verir ki, bu sözləri Türkiyədə keçirilən "Altın Kelebek" mükafatlandırma mərasimində mükafat alan müğənni Samirə Əfəndi sosial mediada yazıb. O, sənətçi adını qazandığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib.
"Mən çox xoşbəxtəm ki, mənə dünyanın hər yerində, gəzdiyim, yaşadığım hər şəhərdə məhz sənətçi deyərək müraciət olunur! Boşuna deyilmiş, illərimi bu sənətə vermişəm və verəcəm də. Məni sevənlər mən sizi daha çox sevirəm!", - 32 yaşlı ulduz qeyd edib.