Ağdaşda mikroavtobus yanıb

26 Dekabr 2023 20:55 (UTC+04:00)

Ağdaş rayonunda mikroavtobus yanıb.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Qumlaq kəndi ərazisində baş verib.

Yanğın yerinə Ağdaş Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı Şirinov Rəhman Həmid oğluna məxsus “Mercedes” markalı mikroavtobus tamamilə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.