Fransalı aktyor və kinorejissor Pierre Rişar, digər məşhurlarla birlikdə cinsi təcavüzdə ittiham olunan Jerar Depardyeni dəstəklədikdən sonra Les Papillons xeyriyyə təşkilatının səfiri statusundan məhrum edilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə məlumatı “Le Parisien” qəzeti yayıb.
Qeyd edək ki, bir müddət əvvəl Rişar fransız mədəniyyət xadimlərinin “kino nəhənginin” linç edilməsini pisləyən kollektiv məktubu imzalayaraq sənətçiyə dəstəyini ifadə etmişdi. Onların fikrincə, bütün sənət bu şəkildə “hücum altındadır..?
Yuxarıda qeyd etdiyimiz kimi, zorakılıqla üzləşən uşaqlara yardım edən Les Papillons assosiasiyası artıq kinorejissoru öz sıralarında istəmədiyini bildirdik.
Təşkilatın təsisçisi Rişarın məktubunu “uyğunsuz” adlandırıb və qeyd edib ki, ictimaiyyət həmişə qurbanların tərəfindədir olur.
...Pierre Rişar artıq Les Papillons assosiasiyasının səfirlərindən biri deyil
Bunu assosiasiyanın təsisçisi sosial mediada yazıb.
Xatırladaq ki, hazırda dörd qadın Depardyeni çəkiliş zamanı nalayiq davranışda ittiham edir.
Aktyor isə təbii ki, bütün ittihamları rədd edir.
Nazlı