Avropada gözlənilən ömür uzunluğu son 50 ildə əhəmiyyətli dərəcədə artıb və 2050-ci ilə qədər 65 və yuxarı yaşda olan insanlar Avropa İttifaqı əhalisinin dörddə birini təşkil edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, EADaily bu barədə avropalı həkimlərin statistik məlumatlarına istinadən xəbər verir.
Ekspertlərin fikrincə, bu, Avropa İttifaqı ölkələrində “demoqrafik piramidanın” yaşlı əhaliyə həddindən artıq yüklənməsinə səbəb olacaq.
Nəşrin məlumatına görə, ekspertlər Almaniya, Fransa, İtaliya və Avropanın digər inkişaf etmiş ölkələrində 2000-ci ildən sonra doğulan uşaqların əksəriyyətinin 100 yaşa çatma şansının artdığını bildirir.
Bu baxımdan bu ölkələrin iqtisadiyyatı eləcə də səhiyyə sistemi uzunömürlülük tələsinə düşəcək və yeni çətin reallıqlara uyğunlaşmaq məcburiyyətində qalacaq.
Əvvəllər isveçli alimlər qan parametrlərinin uzunömürlülüyün biomarkerləri olduğunu aşkar ediblər. Mütəxəssislər 35 illik araşdırmadan sonra 44 min insandan test götürərək bu qənaətə gəliblər.
Qeyd edək ki, araşdırmada iştirak edənlər 64 yaşdan yuxarı insanlar olub. Onların arasında yüzilliklərdə şəkər, kreatinin və sidik turşusunun aşağı səviyyədə olduğu aşkar edilib.
Bu arada kardioloq Kseniya Eruslanova fiziki fəaliyyəti yüzilliklər üçün “köməkçi” adlandırıb. Mütəxəssisin fikrincə, ki, həyatı həqiqətən uzatmaq üçün aktivliyi bir az da artırmaq vacibdir.
Nazlı