Mingəçevirdə 66 yaşlı qadın dəm qazından boğularaq ölüb

26 Dekabr 2023 17:20 (UTC+04:00)

Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb. SİA xəbər verir ki, şəhər sakini, 1957-ci il təvəllüdü Şanba Əfəndiyeva dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Araşdırma aparılır.