“Azərbaycanla Türkiyə arasında mədəniyyət sahəsində bağlanan saziş böyük əhəmiyyət daşıyır. Xüsusilə siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi bu dövrdə mədəni əlaqələrin də inkişaf etməsi iki ölkə arasındakı əməkdaşlığı daha da irəliyə aparır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Deputat bildirib ki, imzalanan saziş mədəni əlaqələrin inkişafına böyük töhfə verəcək: “Milli Məclis və xalq olaraq da hər zaman Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etməsini dəstəkləmişik. Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımlar da hər zaman uğurla nəticələnir. Bu əməkdaşlıqlar gələcəkdə hər iki ölkənin bir çox sahələr üzrə inkişafına mühüm töhfə verəcək”.