Azərbaycanlı müğənni Nahidə Babaşlı 2 illik həyat yoldaşı Serkan Küçükceylandan boşanıb. SİA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, cütlük 10 dəqiqədə qarşılıqlı razılıq əsasında ayrılıb və bir-birindən heç bir təzminat, ya aliment tələb etməyib.
İddialara görə, cütlük arasında anlaşılmazlıq başlayanda Serkan Küçükceylan boşanma ərizəsi ilə Ailə Məhkəməsinə müraciət edib.
Məlumat üçün bildirək ki, 2 il əvvəl müğənninin evlənməsi ilə bağlı xəbərlər yayılsa da, Nahidə Babaşlı xəbəri təkzib etmiş və Serkan Küçükceylanla sadəcə dost olduqlarını bildirmişdi.