... Minsk vilayətindəki Molodeçno sakini Aleksandr bu yaxınlarda mağazadan lobya və tərəvəz konservi alıb. SİA-nın əldə etdiyi məlumata görə, konservi açan gənc bankadan...böyük bir bolt tapıb.
Gənc belarus şəkli VKontakte-dəki "Mənim Molodeçno" qrupunda yerləşdirib.
Aleksandrın sözlərinə görə, lobyanı “Fix Price” mağazalarından birində alıb.
O, şəklin altına “Bu lobyaları Fix Price-dan alsanız, diqqətli olun” yazıb.
Fotonun altındakı şərhlərdə istifadəçilərdən biri qeyd edib ki, şikayətlər mağazalar şəbəkəsinə deyil, istehsalçıya qarşı olmalıdır. Buna cavab olaraq Aleksandr, burada “heç kim günahkar deyil” -deyə qeyd edib.
Nazlı