İranda mahnıya görə müğənni həbs edilib

25 Dekabr 2023 16:37 (UTC+04:00)

ABŞ-də yaşayan iranlı müğənni Sasi Mankan kimi tanınan Sasan Heydərinin mahnısının Kiş adasında yerləşən bir restoranda ifasının görüntülərinin sosial şəbəkələrdə yayılmasından sonra müğənni həbs edilib, restoran isə bağlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, ifa edilən mahnı İranda qadağa qoyulan Kann Beynəlxalq Film Festivalında mükafatlandırılan “Leylanın qardaşları” filmində ifa edilib.

Qeyd edilir ki, həbs olunan müğənninin kimliyi açıqlanmadan, onun barəsində cinayət işi açılıb.