"Sumqayıt"ın futbolçusu əməliyyat olunub

25 Dekabr 2023 16:33 (UTC+04:00)

“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev əməliyyat olunub. "Gənclik şəhəri" təmsilçisindən SİA-ya verilən məlumata görə, yarımmüdafiəçi sağ dizində zədəyə bağlı yaranmış osteofit çıxıntılar səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyub.

Mustafayevin əməliyyatı Bakıdakı özəl klinikaların birində baş tutub və uğurlu alınıb. Onun iki ay ərzində yenidən yaşıl meydanlara dönməsi planlaşdırılır.