Türkiyənin sevilən serialı olan “Qardaşlarım”-da gözlənilməz ayrılıq yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 3 həftədir görünməyən türk aktrisa Fadik Sevin Atasoy, film partnyorları ilə sağollaşıb. Aktyorluq bacarığı ilə sevilən, ön planda olan Atasoyun serialdan səssizcə ayrıldığı məlum olub. Aktyor vidası ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, 48 yaşlı Atasoy aktyorluq etməklə yanaşı, rejissor və yazıçıdır. Aktrisa bu günə kimi bir çox türk seriallarında oynayıb və teatrlarda səhnə alıb. Atasoyun daha əvvəl ailə həyatı qurmadığı bildirilir.
Sevilin Abbasova