Məktəblərdə tətil: Dərslər nə vaxt başlayacaq? - RƏSMİ

25 Dekabr 2023 10:13 (UTC+04:00)

Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 2024-cü ilin 4 yanvar tarixləri müəyyən olunub.