Mahsun Kırmızıgül səhnədə göz yaşlarına boğulub

25 Dekabr 2023 06:48 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül səhnədə “Annem Annem” mahnısını ifa edən zaman qəfildən göz yaşlarına boğulub. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, anası Faike Başkacirin alzheimer xəstəliyi ilə mübarizə apardığını bildirən Kırmızıgül, kədərini belə dilə gətirib:

“Bunu duyğulara bağlayıram və davamını oxuya bilmirəm. Anam alzheimer xəstəsi olduğu üçün məni tanımır. O qədər kədərlənirəm ki!”. Anasının onu xatırlamadığını və bunun çox ağrılı olduğunu izah edən Kırmızıgül mahnısını yarımçıq kəsib. Tamaşaçılardan üzr istəyən müğənni daha sonra qaldığı yerdən davam etməyə çalışıb.