Vladislav Davankov da Rusiya prezidenti olmaq istəyir...

24 Dekabr 2023 18:06 (UTC+04:00)

Dövlət Dumasının sədr müavini Vladislav Davankovun "Yeni Xalq" partiyasından Rusiya prezidentliyinə namizədliyi irəli sürülüb. Onun namizədliyi partiya rəhbərliyi tərəfindən tövsiyə edilmiş və Moskvada keçirilən qurultayda yekdilliklə dəstəklənmişdir. Bu, Rusiya prezidentliyinə namizədi dəstəkləmək üçün imza toplamaq tələb olunmadan irəli sürə bilən sonuncu partiyadır.

SİA-nın əldə etdiyi məlumata görə, 39 yaşlı Davankov ötən il Moskva merliyinə namizədliyini irəli sürmüş və təxminən 5 faiz səslə 5 namizəd arasında 4-cü yeri tutmuşdu.

Qeyd edək ki, qurultayda həmçinin “Yeni Xalq” və Boris Titovun “Böyümə Partiyası”nın birləşməsi elan edildi.

Rusiya Federasiyası Kommunist Partiyası bundan əvvəl prezidentliyə 75 yaşlı deputat Nikolay Xaritonovun, Liberal Demokrat Partiyası isə sədri Leonid Slutskinin namizədliyini irəli sürmüşdü. “Vahid Rusiya” və “Həqiqət naminə ədalətli Rusiya” partiyaları özünün namizədliyi ilə beşinci prezidentliyə namizədliyini irəli sürən Vladimir Putinin namizədliyini dəstəkləyib.

Həmçinin şənbə günü Andrey Boqdanovun prezidentliyə namizədliyi məlum olub. Xatırladaq ki, 2008-ci ildə seçkilərdə iştirak edən Boqdano sonuncu yeri tutmuşdu.

Bir gün əvvəl Vətəndaş Təşəbbüsü partiyası Boris Nadejdinin namizədliyini prezidentliyə irəli sürüb. Dövlət Dumasının keçmiş deputatı Ukraynadakı müharibənin əleyhinə olduğunu deyir. Namizəd kimi qeydiyyatdan keçmək üçün o, Dövlət Dumasında təmsil olunmayan partiyaların digər namizədləri kimi 100 min imza toplamalıdır.

Bazar günü həmçinin Donetsk separatçılarının keçmiş komandiri, Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovniki İqor Strelkovun (Qirkin) prezidentliyə namizədliyinin dəstəklənməsi üçün seçicilərin görüşü keçirilir. Onu da qeyd edək ki, Strelkovun özü istintaq təcridxanasındadır.

...Və bir gün əvvəl Mərkəzi Seçki Komissiyası bir sıra rusiyalı müxalifətçilərin dəstəklədiyi Rjevdən olan jurnalist Yekaterina Duntsovaya imza toplamağa icazə verməyib.

Nazlı