40 yaşlı Oksana cavanlıq sirrini açdı

24 Dekabr 2023 17:00 (UTC+04:00)

Aktrisa Oksana Rəsullova gözəlliyinin sirrini açıb. SİA xəbər verir ki, məşhur "Yatmış gözəl" nağılındakı kraliça kimi, güzgü qarşısına keçən kino ulduzunun sözlərinə görə, gözəllik daxildən qaynaqlanır.

"Daxilən gözəl olmağın yolu xaricdəki gözəllikləri duymaq, onlara heyran olmaq və onlara qovuşmaqdır", - bir neçə gün əvvəl 40 yaşını qeyd edən Oksana qeyd edib.