Miro Gəncədə problemlə üzləşdi

24 Dekabr 2023 02:40 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, güclü küləyin yaratdığı fəsadlar nəticəsində Gəncə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb. Yaxın rayonlarda da bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. SİA xəbər verir ki, Azərbaycanın sevilən siması, Miro kimi tanınan Məhəmməd İsgəndərov da Gəncədə problemlə üzləşib.

Belə ki, o, işıqların sönməsi səbəbindən Gəncə Dövlət Filarmoniyasında çıxış edə bilmir.

"Instagram" hesabının hekayə bölməsində paylaşım edən sənətçi, konsert zalında çox sayda insanın qaranlıqda qaldığını qeyd edib.