Rusiyalı Putinist müğənni İrakli (əsl adı İrakli Pirtsxalava) Moldova ilə sərhəddə heç bir izahat verilmədən geri qaytarılaraq Moskvaya göndərilib.
Sənətçi Moldovada bir sıra konsertlər planlaşdırsa da, ona elə sərhədcədə “be-be”, yəni “bas bayıra” komandası veriblər.
SİA-nın əldə etdiyi məlumata görə, özünü o yerə qoymayan ifaçı “bunların hamısının siyasi qarşıdurma” olduğunu deyib və guya pərəstişkarlarını məyus etdiyinə görə kədərləndiyini dilə gətirib.
Qeyd edək ki, Moldovanın İrakli Orqeei və Belke şəhərlərində konsertlər planlaşdırırdı. Lakin konsertlərin baş tutması nəzərdə tutulmayıb. Müğənninin dediyi kimi, guya “yuxarıdan göstəriş olub” ki, o ölkəyə buraxılmasın.
...Sərhədçilər heç bir izahat vermədən məni bir neçə konsertin keçiriləcəyi ölkəyə buraxmadılar. Vəziyyət həm də acınacaqlıdır ki, pərəstişkarlarımla görüşə bilmədim.
İrakli bildirib bunu.
Nazlı