Hansı proqramlar smartfonlar üçün təhlükəli ola bilər?

23 Dekabr 2023 23:52 (UTC+04:00)

Bəzi proqramlar smartfonlar və onların sahiblərinin məxfiliyi üçün təhlükə yarada bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, kibertəhlükəsizlik üzrə ekspert Aleksey Raevskinin fikrincə, ilk növbədə təhlükə mikrofona giriş tələb edən proqramlardır.

Onun sözlərinə görə, mikrofona tamamilə “qanuni” çıxışı olan bəzi proqramlar bütün yazıları gizli şəkildə saxlaya və əslində istifadəçilərə casusluq edə bilər:

“Tətbiqin məlumatlardan öz təyinatından başqa məqsədlər üçün istifadə edib-etmədiyini dəqiq müəyyən etmək mümkün deyil. Buna görə lazımsız proqramları yükləməmək lazımdır”.